Əkbər İbrahimov Polşada Azərbaycanı təmsil edib
Avropa Ginekoloji Endoskopiya Cəmiyyətinin 35-ci İllik Konqresində ( European Society for Gynaecological Endoscopy, 35th Annual ESGE Congress, from October 4–7, 2026, inKraków, Poland,) bu il oktyabr ayında Polşanın Krakov şəhərində ginekoloji-endoskopik beynəlxalq konqres keçirilib.
İldə bir dəfə keçirilən, sayca 35-ci olan, dünyanın bütün ölkələrindən mindən çox tədqiqatçının iştirakı ilə keçirilən bu konqresdə məruzəçilərə elmi çıxış üçün dəvət məktubu göndərilir. Dünyanın müxtəlif ölkələrindən iştirakçılar, 100-dən çox ölkədən məruzəçi seçilir.
Qeyd edək ki, Dünya konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin əməkdaşı Uzman Doktor Əkbər İbrahimov məruzəçi kimi təmsil edibdir. "Yumurtalıq törəmələrində əməliyyatdan əvvəl risk qiymətləndirilməsi (IOTA ADNEX) və endoskopik yanaşma" mövzusunda elmi nəticələrini həmkarları ilə bölüşüb
Krakov, Polşa · ESGE 2026